“Real”ın yarımmüdafiəçisi İsko özünə yeni klub tapa bilmir

İdman

Madrid klubundan ayrıldığını elan edən “Real”ın və İspaniya millisinin yarımmüdafiəçisi İsko Alarkon yüksək maaş tələbləri üzündən özünə yeni komanda tapa bilmir.

Futbolçu ilə İspaniyanın “Betis”, “Sevilya”, “Valensiya”, eləcə də İtaliyanın “Roma” klubları maraqlanıblar. Lakin sadalanan klubların heç birinin ispaniyalının maaş tələblərini yerinə yetirməyə hazır olmadığı bildirilir.

İsko paytaxt klubunda aldığı qədər – ildə təxminən 7 milyon avro maaş almaq istəyir.

Qeyd edək ki, 30 yaşlı yarımmüdafiəçi 2013-cü ildə “Malaqa”dan “Real”a keçib. Ötən ayın sonunda o, klubdan ayrıldığını açıqlayıb.

Mənbə: sport.es

www.RIA24.az

Spread the love