Qətərdə keçiriləcək futbol üzrə 2022-ci il dünya çempionatına Avropa zonasından son vəsiqənin sahibi müəyyənləşib.
Sözügedən vəsiqə uğrunda Uelslə Ukrayna üz-üzə gəliblər.
Görüş britaniyalıların minimalhesablı qələbəsi ilə yekunlaşıb.
Qarşılaşmanın 34-cü dəqiqəsində Ukrayna millisinin futbolçusu Andrey Yarmolenko avtoqol müəllifi olub.
Maraqlıdır ki, Uels yığması 64 ildən sonra bu hüquqa yiyələnib.
Komanda ilk və sonuncu dəfə 1958-ci il dünya çempionatında mübarizə aparıb. Həmin vaxt bu komandanın qarşısını 1/4 finalda Braziliya yığması 1:0 hesablı qələbə ilə kəsib.
Qeyd edək ki, DÇ-2022 21 noyabr – 18 dekabrda keçiriləcək.
www.RIA24.az