Millətlər Liqası: Portuqaliya, Serbiya və Gürcüstan rəqiblərinə şans vermədilər – VİDEO

İdman

UEFA Millətlər Liqasının qrup mərhələsində II tura start verilib.

İlk oyun günündə 9 qarşılaşma baş tutub.

A Liqasının 2-ci qrupunda Portuqaliya İsveçrəni darmadağın edib. Kristiano Ronaldo komandasının dörd cavabsız qolundan ikisinə imza atıb.

Qrupun digər oyununda İspaniya səfərdə Çexiya ilə bərabərliyə razılaşıb – 2:2.

B Liqasının 4-cü qrupunda Serbiya Sloveniyaya şans verməyib, Norveç isə səfərdə İsveç üzərində qələbə qazanıb – 2:0. Skandinaviyalıların duelində hər iki qolu Erlinq Holann vurub.

C Liqasında 2-ci qrup qarşılaşmasında Kipr evdə Şimali İrlandiya ilə qolsuz heç-heçə edibsə, Yunanıstan səfərdə Kosovoya minimal hesabla qalib gəlib.

4-cü qrupun oyunlarına gəlincə, Şimali Makedoniya səfərdə Cəbəllütariqi 2:0 hesabı ilə yenib. Gürcüstan isə Bolqarıstanı darmadağın edərək, ardıcıl ikinci qələbəsini qazanıb.

Nəhayət, D Liqasında Malta səfərdə San-Marinoya qalib gəlib.

UEFA Millətlər Liqası
II tur

A Liqası

2-ci qrup
Portuqaliya – İsveçrə – 4:0
Qollar:
 Vilyam Karvalyu, 15. Kriştianu Ronaldu, 35; 40. Joau Kanselu, 68

Çexiya – İspaniya – 2:2
Qollar:
 Yakub Peşek, 5. Yan Kuxta, 66 – Qavi, 45+3. İnyiqo Martines, 90

B Liqası

4-cü qrup
Serbiya – Sloveniya – 4:1
Qollar:
 Aleksandar Mitroviç, 24. Sergey Milinkoviç-Saviç, 56. Luka Yoviç, 85. Nemanya Radonyiç, 90+2 – Petar Stoyanoviç, 30

İsveç – Norveç – 1:2
Qollar:
 Antoni Elanqa, 90+2 – Erlinq Holann, 20 (pen.); 69

C Liqası

2-ci qrup
Kipr – Şimali İrlandiya – 0:0

Kosovo – Yunanıstan – 0:1
Qol:
 Tasos Bakasetas, 36

4-cü qrup
Cəbəllütariq – Şimali Makedoniya – 0:2
Qollar:
 Enis Bardi, 21. Boban Nikolov, 84

Bolqarıstan – Gürcüstan – 2:5
Qollar:
 Atanas İliev, 50. İliyan Stefanov, 83 – Zuriko Davitaşvili, 4. Andrea Xristov, 31 (öz qapısına). Budu Zivzivadze, 52. Xviça Kvaratsxeliya, 58 (pen.). Valeri Qazaişvili, 70

D Liqası

2-ci qrup
San-Marino – Malta – 0:2
Qollar:
 Yan Busuttil, 58. Mettyu Giyomyo, 75

www.RIA24.az

Spread the love