Bu gün UEFA Millətlər Liqasının qrup mərhələsində II turun növbəti oyunları keçiriləcək.
Oxu.Az xəbər verir ki, maraqla gözlənilən oyun dördqat dünya çempionu Almaniyanın son Avropa çempionatının finalçısı İngiltərəyə qarşı keçirəcəyi matç olacaq. Hər iki komanda ilk qələbəsini qazanmağa çalışacaq.
Tərəflər sonuncu dəfə ötən il AVRO-2020-nin 1/8 final mərhələsində qarşılaşıblar. Həmin matçda Rahim Sterlinq və Hari Keynin ikinci hissədə vurduğu qollarla İngiltərə 2:0 hesabı ilə qalib gəlmişdi.
İlk oyununda 4:0 hesabı ilə qalib gələn Türkiyə millisi paytaxt Vilnüsdə Litvanın qonağı olacaq.
UEFA Millətlər Liqası
A Liqası
3-cü qrup
22:45 Almaniya – İngiltərə
22:45 İtaliya – Macarıstan
Xal durumu: Macarıstan – 3, Almaniya – 1, İtaliya – 1, Macarıstan – 0
B Liqası
3-cü qrup
20:00 Finlandiya – Monteneqro
22:45 Bosniya və Herseqovina – Rumıniya
Xal durumu: Monteneqro – 3, Bosniya və Herseqovina – 1, Finlandiya – 1, Rumıniya – 0
C Liqası
1-ci qrup
22:45 Farer adaları – Lüksemburq
22:45 Litva – Türkiyə
Xal durumu: Türkiyə – 3, Lüksemburq – 3, Litva – 0, Farer adaları – 0
www.RIA24.az