UEFA Millətlər Liqasındakı yığmamızla eyni qrupda yer alan Slovakiya millisinin baş məşqçisi Ştefan Tarkoviçi istefaya göndərib.
Bu barədə Slovakiya Futbol Federasiyasının saytında məlumat yayılıb.
Məlumata görə, müvafiq qərar qurumun İcraiyyə Komitəsinin bugünki iclasında verilib. İstefaya səbəb kimi Slovakiya seçməsinin zəif nəticələri və qeyri-qənaətbəxş oyunu göstərilib.
Bildirlib ki, növbəti oyunlarda ölkə yığmasına Samuel Slovak və Marek Mintal cütlüyü rəhbərlik edəcək.
Qeyd edək ki, Azərbaycan – Slovakiya matçı iyunun 10-da “Dalğa Arena”da baş tutacaq.
www.RIA24.az