Almanlar ingilislərlə bacarmadı, Türkiyə altı qolla qalib gəldi – VİDEO

İdman

UEFA Millətlər Liqasının qrup mərhələsində II turun növbəti oyunları keçirilib.

Oxu.Az xəbər verir ki, turun maraqla gözlənilən oyununda dördqat dünya çempionu Almaniya son Avropa çempionatının finalçısı İngiltərə ilə qarşılaşıb. Hər iki komanda ilk qələbəsini qazanmaq məqsədilə meydana çıxıb. Almaniya millisi oyuna qadınlardan ibarət millinin forması ilə qatılıb. Hans Flikin yetirmələri bu jestlə iyulun 6-da startı veriləcək qadınlar arasında Avropa çempionatı ərəfəsində əks cinsdən olan həmkarlarına dəstək nümayiş etdiriblər.

Qarşılaşmanın nəticəsinə gəldikdə isə almanlar oyun ərzində bir qolla üstün olsalar da, son dəqiqələrdə vurulan penalti sayəsində ingilislər hesabı bərabərləşdirib və məğlubiyyətdən yaxa qurtarmağı bacarıblar – 1:1.

İlk oyununda 4:0 hesabı ilə qalib gələn Türkiyə millisi paytaxt Vilnüsdə Litvanın qonağı olub. Səfərdə rəqibinə daha çox qol vuran türklər qrupdakı liderliklərini möhkəmlədiblər – 0:6.

UEFA Millətlər Liqası

A Liqası

3-cü qrup

Almaniya – İngiltərə 1:1

İtaliya – Macarıstan 2:1

B Liqası

3-cü qrup

Finlandiya – Monteneqro 2:0

C Liqası

1-ci qrup

Farer adaları – Lüksemburq 0:1

Litva – Türkiyə 0:6

www.RIA24.az

Spread the love