Millətlər Liqası: Azərbaycan millisi Mərdəkanda qrupun favoritinə qarşı – AFİŞA

İdman

Futbol üzrə Azərbaycan yığması bu gün UEFA Millətlər Liqasında növbəti oyununu keçirəcək.

Oxu.Az xəbər verir ki, Canni De Byazinin baş məşqçisi olduğu komandamız C Liqasının 3-cü qrupunda Slovakiya yığmasını qəbul edəcək.

Mərdəkan qəsəbəsində “Dalğa Arena”da oynanılacaq qarşılaşma saat 20:00-da başlayacaq. Görüşün baş hakimi litvalı Donatas Rumsas olacaq. Komandamız qrupun favoriti sayılan güclü rəqibinə doğma azarkeşlər önündə qalib gəlməklə ilk üç xalını qazanmağa çalışacaq.

Azərbaycan millisi indiyədək Slovakiya ilə altı dəfə üz-üzə gəlib. Bu matçların beşində məğlub olan yığma yalnız 2001-ci ildə Bakıda DÇ-2002-nin seçmə mərhələ oyununda qələbə qazanıb – 2:0. Qrupun digər görüşündə Belarus Serbiyada qrup lideri Qazaxıstanla qarşılaşacaq.

Bu gün həmçinin Millətlər Liqasında daha altı oyun keçiriləcək.

UEFA Millətlər Liqası

III tur

A Liqası

1-ci qrup
22:45 Avstriya – Fransa
22:45 Danimarka – Xorvatiya

Xal durumu: Danimarka – 6, Avstriya – 3, Fransa – 1, Xorvatiya – 1

B Liqası

2-ci qrup
22:45 Albaniya – İsrail

Xal durumu: İslandiya – 2, İsrail – 1 (1 oyun), Albaniya – 1 (1)

C Liqası

3-cü qrup
20:00 Azərbaycan – Slovakiya
22:45 Belarus – Qazaxıstan

Xal durumu: Qazaxıstan – 6, Slovakiya – 3, Belarus – 1, AZƏRBAYCAN – 1

D Liqası

1-ci qrup
20:00 Moldova – Latviya
22:45 Andorra – Lixtenşteyn

Xal durumu: Latviya – 6, Moldova – 4, Andorra – 1, Lixtenşteyn – 0.

www.RIA24.az

Spread the love