Azərbaycan millisi bu gün Avropa çempionatının finalına çıxa bilər

İdman

Minifutbol üzrə Azərbaycan milli komandası bu gün Slovakiyanın Koşitse şəhərində keçirilən Avropa çempionatında yarımfinal oyununa çıxacaq.

Oxu.Az xəbər verir ki, Elşad Quliyevin baş məşqçi olduğu komandamız finala çıxmaq üçün 1/4 finalda macarlara penaltilərdə qalib gəlmiş Qazaxıstanla üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.

Cütün qalibi finalda Bolqarıstan – Rumıniya duelinin güclüsü ilə qarşılaşacaq. Bu matç isə Bakı vaxtı ilə saat 22:15-də baş tutacaq.

www.RIA24.az

Spread the love