Azərbaycan Mərkəzi Bankı (AMB) 2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatına həsr olunmuş qızıl və gümüş xatirə pul nişanlarının tədavülə buraxılmasını elan edib.
Bu barədə AMB məlumat yayıb.
Bildirilir ki, müvafiq sikkələrin satışı Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FIFA) rəsmi tərəfdaşı olan “MDM Münzhandelsgesellschaft MBH&CO KG Deutsche Münze” şirkəti (www.mdm.de) tərəfindən həyata keçiriləcək.
www.RIA24.az