Almaniyalı futbolçular oyuna qadın millisinin forması ilə çıxdıqları üçün cəzalandırıla bilərlər

İdman

UEFA Almaniya millisini cəzalandıra bilər.

Buna səbəb Almaniyanın kişilərdən ibarət milli komandasının İngiltərə ilə UEFA Millətlər Liqasındakı qrup oyununda (1:1) meydana qadın yığma komandasının forması ilə çıxmasıdır.

Belə ki, Almaniyanın kişilərdən ibarət milli komandası UEFA-nın əsasnaməsini pozub. Ölkənin qadın millisinin forması üzərində iki ulduz var. Bu, komandanın iki dəfə dünya çempionu olmasına işarədir. Kişilərdən ibarət milli komanda isə dörd dəfə dünya çempionu olduğundan onun forması üzərində dörd ulduz olmalıdır.

Ümumiyyətlə, UEFA-nın qaydalarına əsasən, kişi və qadın milli komandaları meydana çıxarkən formalarını dəyişdirə bilməzlər.

Mənbə: Footyheadlines

www.RIA24.az

Spread the love