Minifutbol millimizdən tarixi uğur: Avropa çempionatının finalında!

İdman

Minifutbol üzrə Azərbaycan millisi tarixi uğura imza atıb.

Oxu.Az-ın xəbərinə görə, Slovakiyanın Koşitse şəhərində keçirilən Avropa çempionatında millimiz yarımfinalda Qazaxıstanı 3:2 məğlub edərək finala yüksəlib.

Komandamız iki dəfə hesabda geri olsa da, əzmkar oyun nümayiş etdirərək qalib gəlməyi bacarıb.

Komandamızın finaldakı rəqibi Bakı vaxtı ilə saat 22:15-də başlayacaq Bolqarıstan – Rumıniya oyununun qalibi olacaq.

Səbuhi Musa

www.RIA24.az

Spread the love