Bu gün “Formula-1” və “Formula-2” üzrə Azərbaycan Qran-prisində ikinci günə start veriləcək.
Oxu.Az xəbər verir ki, “Formula-2” də sprint yarışında ən sürətli pilotlar müəyyənləşəcək.
“Formula-1” də üçüncü sərbəst yürüş və sıralama turu olacaq.
Azərbaycan Qran-prisi
11 iyun
“Formula-2”
13:30 – 14:20. Sprint yarışı
“Formula-1”
15:00 – 16:00. III sərbəst yürüş
“Formula-1”
18:00 – 19:00. Sıralama turu
İlk yarış günündə “Formula-1”də iki sərbəst yürüş, “Formula-2”də sərbəst yürüş və sıralama turu gerçəkləşib. “Formula-1”də “Red Bull”dan Serxio Peres və “Ferrari”dən Şarl Lekler test yürüşlərində ən yaxşı nəticəni göstəriblər. “Formula-2”də isə “Hitech Grand Prix” komandasından Yuri Vips hər iki yarışda birinci olub.
Qeyd edək ki, Azərbaycan Qran-prisi iyunun 12-da başa çatacaq. Həmin gün ilk olaraq “Formula-2”də yekun yarış baş tutacaq. Ardınca pilotların paradı, açılış mərasimi gerçəkləşəcək və Azərbaycan Respublikasının Dövlət Himni səslənəcək. Saat 15:00-da “Formula-1”də əsas yarış başlayacaq və yekunda qalib müəyyənləşəcək.
www.RIA24.az