Bu gün UEFA Millətlər Liqasında III turun son görüşləri keçiriləcək.
Oxu.Az xəbər verir ki, son oyun günündə bütün diqqətlər Avropa çempionatının son finalçıları arasında baş tutacaq matçda olacaq.
Qrupda autsayder olan İngiltərə ardıcıl ikinci il mundiala vəsiqə qazanmamış, ancaq bu qrupda lider olan Avropa çempionu İtaliyanı qəbul edəcək.
İlk iki oyundan maksimum nəticə qazanmış Türkiyə yığması isə səfərdə özü kimi altı xal toplamış Lüksemburqla münasibətlərinə aydınlıq gətirəcək. Qalib qrup liderini müəyyənləşdirmək baxımından həlledici matç olacaq.
UEFA Millətlər Liqası
III tur
A Liqası
3-cü qrup
22:45 İngiltərə – İtaliya
22:45 Macarıstan – Almaniya
Xal durumu: İtaliya – 4, Macarıstan – 3, Almaniya – 2, İngiltərə – 1.
4-cü qrup
22:45 Niderland – Polşa
22:45 Uels – Belçika
Xal durumu: Niderland – 6, Belçika – 3, Polşa – 3, Uels – 0.
B Liqası
1-ci qrup
17:00 Ukrayna – Ermənistan
20:00 İrlandiya – Şotlandiya
Xal durumu: Şotlandiya – 3 (1), Ukrayna 3 (1), Ermənistan – 3, İrlandiya – 0.
3-cü qrup
22:45 Monteneqro – Bosniya və Herseqovina
22:45 Rumıniya – Finlandiya
Xal durumu: Finlandiya – 4, Bosniya və Herseqovina – 4, Monteneqro – 3, Rumıniya – 0.
C Liqası
1-ci qrup
20:00 Farer adaları – Litva
22:45 Lüksemburq – Türkiyə
Xal durumu: Türkiyə – 6, Lüksemburq – 6, Farer adaları – 0, Litva – 0.
Səbuhi Musa
www.RIA24.az