Türkiyənin “Bursaspor” klubu Azərbaycan millisinin futbolçusu Namiq Ələsgərovla yollarını rəsmən ayırıb.
27 yaşlı yarımmüdafiəçinin müqaviləsi ləğv edilib.
Onun sözləşməsinin ləğvi Türkiyə Futbol Federasiyasında qeydə alınıb.
Qeyd edək ki, Namiq Ələsgərov “Bursaspor”la ötən ilin yayında 2+1 illik müqavilə imzalamışdı.
“Timsahlar” II liqaya düşdüyündən və orada legionerlərin çıxışına icazə verilmədiyindən, əcnəbi oyunçularla yollar ayrılıb.
www.RIA24.az