“Formula-1” üzrə Azərbaycan Qran-prisində son – əsas yarış start götürüb.
Oxu.Az xəbər verir ki, 51 dövrənin yekununda qalib bəlli olacaq.
“Ferrari”nin sürücüsü Şarl Lekler dünən sıralama turunda bütün rəqiblərini qabaqladığı üçün mübarizəyə hamıdan öndə başlayıb.
“Red Bull” pilotları Serxio Peres və Maks Ferstappen 2-3-cü yerdə mübarizəyə start verib.
Qeyd edək ki, “Formula-1” yarışı altıncı dəfə Azərbaycanda təşkil olunur.
Bakıdakı əvvəlki yarışlarda “Mercedes”in sabiq pilotu, artıq karyerasını başa vurmuş Niko Rosberq, “Red Bull”un keçmiş pilotu, hazırda “McLaren”də çıxış edən Daniel Rikkardo (2017), “Mercedes”dən Lüis Həmilton (2018), onun komanda yoldaşı Valtteri Bottas (2019) və “Red Bull”da çıxış edən Serxio Peres (2021) qalib olub.
2020-ci ildəki Azərbaycan Qran-prisi koronavirus pandemiyasına görə baş tutmayıb.
www.RIA24.az