“Bu yarış çox xoşuma gəlir. Təşkilatçılıq əladır”.
Bunu Oxu.Az-a açıqlamasında Rusiyadan gəlmiş Diana Sarıçeva deyib.
O bildirib ki, “Formula-1”i izləmək üçün Bakıya gəlib:
“Əvvəllər Bakıda bu yarışı izləyən dostlarım deyir ki, pandemiyadan qabaq tamaşaçıların sayı daha çox olurdu.
Sırf “Formula-1” üçün Bakıya gəlmişik. Çox gözəl şəhərdir. İlk dəfə burda oluram”.
Rusiyalı turistin sözlərinə görə, “McLaren”ə azarkeşlik edir:
“McLaren” mənim favoritimdir. Ancaq bilirəm ki, o, uduzacaq”.
Səbuhi Musa
www.RIA24.az