UEFA Millətlər Liqasında 4-cü tura start verilib.
A və B Liqalarında hərəyə 2, C Liqasında 4, D Liqasında 1 matç oynanılıb.
A Liqasında lider Portuqaliya səfərdə İsveçrə ilə qarşılaşıb və 0:1 hesabı ilə uduzub. Qrupun digər görüşündə İspaniya Çexiyaya qalib gəlib.
A Liqası
2-ci qrup
İsveçrə – Portuqaliya – 1:0
Qol: Haris Seferoviç, 1
İspaniya – Çexiya – 2:0
Qollar: Karlos Soler, 24. Pablo Sarabia, 75
Xal durumu: İspaniya- 8, Portuqaliya- 7, Çexiya – 4, İsveçrə – 3.
B Liqası
4-cü qrup
Norveç – İsveç – 3:2
Qollar: Qollar: Erlinq Holann, 10; 54. Aleksander Sörlot, 77 – Emil Forsberq, 62. Viktor Dyokereş, 90+5
Sloveniya – Serbiya – 2:2
Qollar: Adam Qnezda Çerin, 48. Benjamin Şeşko, 53 – Andriya Jivkoviç, 8. Aleksandar Mitroviç, 35
Xal durumu: Norveç – 10, Serbiya – 7, İsveç – 3, Sloveniya – 2
C Liqası
2-ci qrup
Şimali İrlandiya – Kipr – 2:2
Qollar: Peddi Makneyr, 71. Conni Evans, 90+4 – Andronikos Kakulli, 32; 51
Yunanıstan – Kosovo – 2:0
Qol: Giorqos Giakumakis, 71
Xal durumu: Yunanıstan – 12, Kosovo – 6, Şimali İrlandiya – 2, Kipr – 2
4-cü qrup
Şimali Makedoniya – Cəbəllütariq – 4:0
Qollar: Enis Bardi, 4. Qrem Torilya, 14 (öz qapısına). Boyan Miovski, 16. Darko Çurlinov, 31
Gürcüstan – Bolqarıstan – 0:0
Xal durumu: Gürcüstan – 10, Şimali Makedoniya – 7, Bolqarıstan – 3, Cəbəllütariq – 1
D Liqası
2-ci qrup
Malta – San Marino – 1:0
Qol: Zak Muskat, 50
Xal durumu: Estoniya – 6, Malta – 6, San Marino – 0
www.RIA24.az