Slovakiyanın Koşitse şəhərində keçirilən Avropa çempionatının qalibi olan minifutbol millimiz bu gün Vətənə dönüb.
Oxu.Az-ın xəbərinə görə, Elşad Quliyevin baş məşqçisi olduğu millimizi azarkeşlər, futbol ictimaiyyəti qarşılayıb.
Qeyd edək ki, millimiz tarixində ikinci dəfə qatıldığı Avropa çempionatının finalında Rumıniya millisinə 1:0 qalib gələrək qızıl medalların sahibi olub.





Daha çox şəkil burada: Photostock.az
Səbuhi Musa
Foto: Firudin Səlimov
www.RIA24.az