37 yaşlı Kyellini “Los-Anceles”ə keçdi

İdman

Futbol üzrə İtaliya milli komandasının müdafiəçisi Corcio Kyellini ABŞ-ın “Los-Anceles” klubu ilə müqavilə imzalayıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

37 yaşlı C.Kyellini ilə “İnter Mayami” və “Toronto” kimi klublar maraqlansa da, futbolçu “Los-Anceles”də oynamağı üstün tutub.

Qeyd edək ki, Corcio Kyellini 2005-ci ildən “Yuventus” klubunun heyətində çıxış edib.

O “Qoca sinyora”nın heyətində 559 oyun keçirib, 36 qol vurub, 25 məhsuldar ötürmə ilə yadda qalıb.

Mənbə: Championat

www.RIA24.az

Spread the love