Uzun illər Madrid “Real”ının formasını geyən Marselonun klubla vida mərasimi baş tutub.
Onun tədbirdəki çıxışı komandanın baş məşqçisi Karlo Ançelottini kövrəldib.
“Kluba, bütün bu illər ərzində oynamaqdan zövq aldığım komanda yoldaşlarıma, məşqçilərə, mənim üçün ailəm kimi olan işçilərə, mühafizəçilərə təşəkkür etmək istəyirəm…
Biz özümüzü yalnız futbol oynamağa həsr edirik, amma qeyd edtmək istərdim ki, bizim oynaya bilməyimizin arxasında çoxlu insanlar dayanır və mən bunu “Real”da öyrəndim.
Bütün bunlara görə Madridə təşəkkür etmək istəyirəm. Həyatımın hər günü dünyanın ən yaxşı klubunda olmaq sevinci ilə oyanırdım. Mən buradan başımı dik tutub gedirəm. Ailəm mənimlə çox fəxr edir. Mən xoşbəxt adamam, həyatımda hər şey işlə bağlı idi və yanımda olan insanlarla da bəxtim gətirdi. Hamınız çox sağ olun. Bu vida deyil, Madriddən ayrıldığımı hiss etmirəm.
Madridin gələcəyinin etibarlı olduğunu deyəndə, onun həmişə olduğu kimi çox perspektivli olduğunu nəzərdə tuturdum. Mən akademiyada oxuyan oğlumu nəzərdə tuturam. Mən oğlan ikən gəlmişəm, amma kişi olaraq ayrılıram”, – müdafiəçi bildirib.
Karlo Ançelotti braziliyalının çıxışı zamanı özünü saxlaya bilməyib. İtalyan mütəxəssisin gözləri yaşarıb. Onun yanında əyləşən klubun prezidenti Florentino Peres isə vəziyyəti gülümsəyərək qarşılayıb.
Mənbə: sports.ru
www.RIA24.az