Azərbaycan paraüzgüçüsü Raman Saley dünya çempionatında ikinci gümüş medalını qazanıb.
Oxu.Az xəbər verir ki, Tokio 2020 XVI Yay Paralimpiya Oyunlarının üçqat qalibi Portuqaliyanın Madeyra şəhərində keçirilən paraüzgüçülük üzrə dünya çempionatında 100 metrə “batterflay” üzmə növündə 58.41 nəticə göstərib və ikinci olub.
Qeyd edək ki, dünən keçirilmiş yarışda Roman Saley arxasıüstə üzmə növündə də gümüş medal qazanıb.
www.RIA24.az