Bu gün UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinin püşkü atılacaq.
Oxu.Az xəbər verir ki, Bakı vaxtı ilə saat 14:00-da başlayacaq püşkatmada Azərbaycan çempionu “Qarabağ”ın da rəqibi bəlli olacaq.
Komandalar püşkdən əvvəl qruplara bölünüb.
“Səpələnmişlər” səbətində yer alan “köhlən atlar”ın rəqibləri bu beş komandadan biri olacaq: “Zrinski” (Bosniya və Herseqovina), “Lex” (Polşa), “Hibernians” (Malta), “Şkupi” (Şimali Makedoniya), “Dinamo” (Batumi, Gürcüstan).
Qeyd edək ki, “Qarabağ” Çempionlar Liqasında ilk oyununu 5/6 iyulda, cavab matçını 12/13 iyulda keçirəcək.
www.RIA24.az