Rusiyalı keçmiş tennisçi Mariya Şarapova “Forbes” jurnalı tərəfindən ABŞ-ın ən varlı “self-made” (öz səyilə uğur qazanan) qadınlarından biri seçilib. İdmançı siyahıda 97-ci olub.
Reytinq çərşənbə axşamı jurnalın saytında dərc edilib.
1995-ci ildən ABŞ-da yaşayan Şarapovanın sərvəti 220 milyon dollar qiymətləndirilib. Siyahıdakı digər idman nümayəndəsi isə 90-cı yeri tutan tennisçi Serena Uilyamsdır (260 milyon dollar).
Qeyd edək ki, Şarapovanın 35 yaşı var. O, peşəkar karyerasını 2020-ci ilin fevralında başa vurub.
www.RIA24.az