Bu gün Avropa Konfrans Liqasında II təsnifat mərhələsinin püşkü atılacaq.
Oxu.Az xəbər verir ki, Azərbaycan təmsilçilərindən “Neftçi”, “Zirə” və “Qəbələ”nin də rəqibləri bəlli olacaq.
Saat 15:00-da başlayacaq püşkatma zamanı “Neftçi” “səpələnmiş”, digər iki komanda “səpələnməmişlər” səbətində yer alacaq.
“Neftçi”nin potensial rəqibləri:
“Dinamo” (Belarus) – “Deçiç” (Monteneqro) cütünün qalibi
“Saburtalo” (Gürcüstan) – “Partizani” (Albaniya) cütünün qalibi
“Aris” (Kipr)
“Makedoniya” (Şimali Makedoniya)
“Velej” (Bosniya və Herseqovina).
“Zirə”nin potensial rəqibləri:
“Dinamo” (Tbilisi, Gürcüstan) – “Payde” (Estoniya) cütünün qalibi
BATE (Belarus)
“Kayrat” (Qazaxıstan)
“Universtatya” (Krayova, Rumıniya)
“Makkabi” (Təl-Əviv, İsrail).
“Qəbələ”nin potensial rəqibləri:
APOEL (Kipr)
“Başakşehir” (Türkiyə)
“Fehervar” (Macarıstan)
“Aris” (Yunanıstan)
“Radniçki” (Serbiya).
UEFA Çempionlar Liqasında mübarizə aparacaq “Qarabağ” I təsnifat mərhələsində Polşanın “Lex” klubuna uduzsa, Konfrans Liqasının II təsnifat mərhələsində “Zrinski” (Bosniya və Herseqovina) – “Şerif” (Moldova), “Slovan” (Slovakiya) – “Dinamo” (Batumi, Gürcüstan), “Düdelanj” (Lüksemburq) – “Tirana” (Albaniya), “Şemrok Rovers” (İrlandiya) – “Hibernians” (Malta), “Levadiya” (Estoniya) – “Vikinqur” (İslandiya) cütlərindən birinin məğlubu ilə qarşılaşacaq.
Qeyd edək ki, UEFA Konfrans Liqasında II təsnifat mərhələsinin oyunları 21-28 iyulda olacaq.
www.RIA24.az