Bu gün UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin püşkü atılacaq.
Oxu.Az xəbər verir ki, saat 14:00-da başlayacaq tədbirdə Azərbaycan çempionu “Qarabağ”ın da mümkün rəqibi müəyyənləşəcək.
“Köhlən atlar” I təsnifat mərhələsində Polşanın “Lex” klubunu keçəcəyi təqdirdə, növbəti mərhələdə “Slovan” (Bratislava, Slovakiya) – “Dinamo” (Batumi, Gürcüstan), “Şkupi” (Şimali Makedoniya) – “Linkoln Red İmps” (Cəbəllüttariq) cütlərindən birinin qalibi ilə və ya İsveçrə “Sürix”i ilə görüşəcək.
Bundan əlavə, Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Xorvatiya çempionu “Dinamo”nun da rəqibi bilinəcək. Zaqreb komandası “səpələnmişlər” səbətində yer alacaq və o da “Qarabağ”ın potensial rəqiblərindən biri ilə qarşılaşacaq.
Qeyd edək ki, II təsnifat mərhələsinin ilk matçları 19-20 iyulda və cavab matçları 26-27 iyulda keçiriləcək.
www.RIA24.az