“Qarabağ” ÇL-da uduzarsa, Konfrans Liqasında kimlə qarşılaşacaq?

İdman

Avropa Konfrans Liqasında II təsnifat mərhələsinin püşkü atılıb.

Oxu.Az xəbər verir ki, Çempionlar yolunun püşkatmasında “Qarabağ”ın da mümkün rəqibi bilinib. Azərbaycan təmsilçisinin Polşa “Lex”i ilə Çempionlar Liqasının I təsnifat mərhələsində təşkil etdiyi cütün məğlub komandası Konfrans Liqasının II mərhələsinə yollanacaq.

“Qarabağ” – “Lex” cütünün məğlubu Çempionlar Liqasının I mərhələsindəki “Slovan” (Slovakiya) – “Dinamo” (Batumi, Gürcüstan) cütünün məğlubu ilə üz-üzə gələcək. Təmsilçimizin təşkil etdiyi cütün məğlub tərəfi ilk görüşü evdə (Bakı və ya Poznanda) keçirəcək.

Qeyd edək ki, Konfrans Liqasında II təsnifat mərhələsinin oyunları iyulun 21-də və 28-də olacaq.

www.RIA24.az

Spread the love