Dünya çempionatının posteri üzə çıxdı – FOTO

İdman

Qətərdə keçiriləcək dünya çempionatının rəsmi posteri üzə çıxıb.

Oxu.Az xəbər verir ki, poster Dohadakı Həməd Beynəlxalq Aerportunda quraşdırılıb.

Posterin müəllifi yerli xanım rəssam Buteyna Əl-Muftahdır. Əsas posterdə havaya atılan baş örtükləri təsvir olunub. Bunlar təkcə Qətərin deyil, bütün ərəb dünyasının bayramını simvolizə edir.

Əlavə yeddi poster isə ailəni birləşdirən oyun kimi ərəb dünyasının futbola ehtirasını ehtiva edir.

Qeyd edək ki, DÇ-2022 21 noyabr – 18 dekabrda 32 ölkənin iştirakı ilə təşkil olunacaq.

www.RIA24.az

Spread the love