Dünya çempionatı: Azərbaycan paralimpiyaçısı qızıl medal qazanıb

İdman

Azərbaycan para-üzgüçüsü Vəli İsrafilov Portuqaliyanın Madeyra şəhərində keçirilən dünya çempionatında qızıl medal qazanıb.

Bu barədə Milli Paralimpiya Komitəsi məlumat yayıb.

Bildirilib ki, Tokio-2020 Yay Paralimpiya Oyunlarının qalibi 100 metr məsafəyə brass üsulu ilə üzmə növündə 1.05.66 dəqiqəlik nəticə göstərib.

Bununla milli komandanın yarışda qazandığı medalların sayı 4-ə çatıb. Daha əvvəl Roman Saley 1 qızıl və 2 gümüş medal əldə edib.

www.RIA24.az

Spread the love