“Bursaspor”la aşağı diviziona düşən futbolçu Azərbaycana qayıtdı – VİDEO

İdman

Millimizin futbolçusu Namiq Ələsgərov karyerasını yenidən Azərbaycanda davam etdirəcək.

Oxu.Az xəbər verir ki, o, “Sabah”a keçib.

Ötən mövsümü Türkiyə I divizionunda “Bursaspor”un heyətində keçirən Ələsgərov yeni komandası ilə üç illik müqavilə imzalayıb. O, “Sabah”da 17 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, avrokuboklardan kənar qalan və yeni mövsümə iddialı başlamaq istəyən “Sabah” bunadək Tellur Mütəllimov, Anatoli Nuriyev və Davit Volkovu transfer edib. Nicat Mehbalıyev isə “Qəbələ”dən icarədən qayıdıb.

www.RIA24.az

Spread the love