Bakıdakı Dünya Kubokunu ən çox izləyən ölkələr müəyyənləşib

İdman

27 may – 7 iyun tarixlərində Bakıda keçirilmiş atıcılıq üzrə Dünya Kubokunun 30 finalını 165 min insan izləyib.

Oxu.Az-ın xəbərinə görə, bu göstərici Beynəlxalq Atıcılıq İdmanı Federasiyasının internet resurslarındakı (“Livstrim”, “Feysbuk”, “Yutub”) baxış sayına əsasən müəyyənləşib.

Ən çox kişilərin finalı izlənilib. Daha sonra bu göstəricidə qadınlar və qarışıq komandaların finalları gəlir.

Paytaxtımızdakı yarışı internet resurslarından ən çox izləyən ölkə Hindistan olub. Daha sonra İtaliya və ABŞ gəlir.

Səbuhi Musa

www.RIA24.az

Spread the love