DÇ-2026 oyunlarında ilklərə imza atılacaq – FOTO/VİDEO

İdman

2026-cı il dünya çempionatı tarixdə ilk dəfə üç ölkədə – Meksika, ABŞ və Kanadada keçiriləcək.

Beynəlxalq Futbol Federasiyası (FİFA) həmin ölkələrdən oyunlara ev sahibliyi edəcək 16 şəhərinin siyahısını açıqlayıb.

Məlum olub ki, bu, ABŞ-dan Atlanta, Boston, Dallas, Hyuston, Kanzas Siti, Los-Anceles, Mayami, Nyu-York (ya da Nyu-Cersi), Filadelfiya, San-Fransisko və Sietl, Meksikadan Qvadalaxara, Mexiko və Monterrey, Kanadadan isə Toronto və Vankuverdir.

 

Həmçinin turnir tarixində ilk dəfə olaraq DÇ-2026-da 48 komanda iştirak edəcək.

Qeyd edək ki, əvvəllər dünya çempionatlarında 32 komanda iştirak edirdi.

Mənbə: İnterfaks

www.RIA24.az

Spread the love