Azərbaycanın bədii gimnastları Zöhrə Ağamirova və Arzu Cəlilova İsrailin paytaxtı Təl-Əvivdə keçirilən Avropa çempionatında çoxnövçülük hərəkətlərində finala vəsiqə qazanıb.
“Report” xəbər verir ki, təsnifat mərhələsində Ağamirova 94.400 xalla 8-ci, Cəlilova isə 92.700 xalla 11-ci olub.
Bundan başqa, Ağamirova gürzlə hərəkətlərdə hakimlərdən 31.200 xal alaraq 7-ci yerin sahibi kimi həlledici raunda adlayıb. Cəlilova isə lentlə hərəkətlərdə 30.400 xal toplayıb. O, 8-ci yeri tutaraq, finala yüksəlib.
Qeyd edək ki, Zöhrə Ağamirova daha əvvəl topla hərəkətlərdə finala çıxıb. Kamilla Qafarova isə lentlə hərəkətlərdə bürünc medal qazanıb.
www.RIA24.az