Avstriyanın paytaxtı Vyanada Avropa Cüdo Birliyinin (ACB) növbədənkənar konqresi keçirilib.
51 üzv ölkənin 49-nun iştirak etdiyi tədbirdə ölkəmizi Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli və baş katib Rəşad Rəsullu təmsil ediblər.
Beynəlxalq Cüdo Federasiyasının (BCF) prezidenti və ACB-nin fəxri prezidenti Marius Vizerin də iştirak etdiyi Konqresdə ACB-nin prezidenti və İdarə Heyətinə seçkilər baş tutub. Səsvermə nəticəsində Macarıstan təmsilçisi Laslo Tot təşkilatın yeni prezidenti seçilib. 62 yaşlı idman diplomatı 24 ildən çoxdur ki, Macarıstan Cüdo Assosiasiyasına rəhbərlik edir və 7-ci dan qara kəmər sahibidir.
Üzvlərin səsverməsi nəticəsində həmçinin, Avstriya təmsilçisi Martin Poyger təşkilatın baş katibi və Malta təmsilçisi Envik Qalea isə Birliyin xəzinədarı vəzifələrinə seçiliblər.
Səbuhi Musayev
www.RIA24.az