Rusiya millisinin sabiq qapıçısı, hazırda Mayamidə yaşayan Ruslan Niqmatullin “Sport Ekspress”ə müsahibəsində PSJ-nin hücumçusu Lionel Messinin Mayamidəki həyatından danışıb.
“Tez-tez Messinin evini görürəm. Bilirəm ki, o, burada ikinci mənzil də alıb. Və hər ikisi rus məhəlləsində. Görünür, o, “İnter Mayami”yə keçməyə hazırlaşır”, – deyə Niqmatullin bildirib.
O, şəhərdəki tanınmışların kifayət qədər qapalı və təcrid olunmuş həyat tərzi keçirdiklərini deyib.
www.RIA24.az