İspaniyalı futbolçu qarət edildi: Cinayətkarlar onun bahalı qol saatını oğurlayıblar

İdman

İstirahət üçün İspaniyanın Valensiya şəhərini seçən Almaniyanın “Leypsiq” klubunun yarımmüdafiəçisi Dani Olmo qarət edilib.

Cinayətkarlar ispan futbolçunun küçədə bahalı “Rolex” saatını oğurlayıblar.

Hadisə ispaniyalı futbolçunun qardaşı ilə bərbərdən çıxarkən baş verib.

Qeyd olunur ki, salonun çıxışında “Leypsiq”in oyunçusunu gözləyən iki nəfər futbolçuya hücum edərək onun 30 min avro dəyərində (53 min manat) olan bahalı saatını oğurlayıblar.

Dani Olmonun qardaşı qarətin qarşısını almağa çalışıb. O, cinayətkarların avtomobillə qaçmasına mane olmaq istəyərkən xəsarət alıb.

Mənbə: Las Provincias

www.RIA24.az

Spread the love