Madridin “Real” klubu braziliyalı futbolçusu Vinisius Juniorla müqavilənin müddətini uzadıb.
Bu barədə italiyalı jurnalist Fabrisio Romano özünün sosial şəbəkə hesabında yazıb.
F.Romano qeyd edib ki, 21 yaşlı istedadlı futbolçu 2026-cı ilin iyun ayına qədər “Kral klubu”nun uğurları üçün tər tökəcək.
Həmçinin “Real” gənc oyunçuya bir milyard avro təzminat qiyməti qoyub.
Qeyd edək ki, V.Junior “Real”a 2018-ci ildə Braziliyanın “Flamenqo” klubundan transfer edilib.
www.RIA24.az