“Barselona” rəhbərliyi “Bavariya”nın polşalı hücumçusu Robert Levandovski üçün 50 milyon avro ödəməyə razı olduğunu açıqlayıb.
Mənbənin məlumatına görə, ispan klubu Münhen təmsilçisinin diktə etdiyi bütün şərtlərlə razılaşıb.
Qeyd olunur ki, polşalı hücumçunun transferi ilə bağlı “Barselona” hətta xüsusi maliyyə planı hazırlayıb. Kataloniya təmsilçisi hücumçunu artıq cari transfer pəncərəsində almaq niyyətindədir.
Əlavə edək ki, futbolçunu “Çelsi” və PSJ də heyətinə qatmağa cəhd göstərir.
Mənbə: AS
www.RIA24.az