Qadın voleybolçulardan ibarət “Abşeron” və kişilərdən ibarət “Neftçi” komandası 2022/2023 mövsümündə avrokuboklarda iştirakdan imtina ediblər.
Federasiyadan “Report”a verilən məlumata görə, hər iki klub öz istəyilə bu addımı atıb.
Qərarın səbəbi açıqlanmasa da, bunun maliyyə məsələləri ilə bağlı olduğu ehtimal edilir.
Qeyd edək ki, “Abşeron” ötən mövsüm Super Liqada çempion olub, “Neftçi” isə Yüksək Liqada 2-ci yeri tutub.
www.RIA24.az