“Qarabağ”ın Polşadakı oyununu idarə edəcək hakimlər bəlli oldu

İdman

Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyunları çərçivəsində baş tutacaq “Lex” – “Qarabağ” oyununun hakimləri bəlli olub.

Oxu.Az xəbər verir ki, qarşılaşmanı ispaniyalı ədalət təmsilçiləri idarə edəcəklər.

İyulun 5-dəki matçın baş hakimi Xose Luis Munuera olacaq. Ona Pau Çebrian Devis və Antonio Ramon Martines kömək edəcəklər. Dördüncü hakim funksiyasını Xorxe Figeroa Vaskes yerinə yetirəcək.

Qeyd edək ki, Polşadakı matç Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

www.RIA24.az

Spread the love