Qadın həndbolçulardan ibarət yığma komandanın hazırlığı davam edir.
Oxu.Az xəbər verir ki, prosesə Bakıda təşkil olunan təlim-məşq toplanışı ilə start verən həndbolçularımız iyunun 16-dan Gürcüstandadırlar.
Komandamız baş məşqçi Slavişa Ristiçeviç və köməkçi məşqçi Fuad Yangildinin rəhbərliyi ilə Tbilisidə keçirilən hazırlıqda Gürcüstan millisi ilə iki yoxlama görüşündə qüvvəsini sınayıb.
İyunun 18-də keçirilən birinci qarşılaşma 28:17 hesabı ilə yığmamızın xeyrinə başa çatıb. İki gün sonra təşkil olunan növbəti yoxlama görüşü də Azərbaycan təmsilçisinin üstünlüyü ilə yekunlaşıb – 26:16.
Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunlarına hazırlıq məqsədi daşıyan təlim-məşq toplanışına iyunun 24-da yekun vurulacaq.
www.RIA24.az