“Yuventus”un yarımmüdafiəçisi Aaron Remzi müqaviləni ləğv etdiyi üçün İtaliya klubundan təxminən dörd milyon avro təzminat almaq niyyətindədir.
Bu barədə öz “Twitter”ində jurnalist Nikolo Şkira məlumat yayıb.
Uelsli futbolçu hazırkı müqaviləyə əsasən, “Yuventus”dan ilinə 7,3 milyon avro əməkhaqqı alır.
Qeyd edək ki, Turin klubu 31 yaşlı uelsli ilə müqaviləni vaxtından əvvəl ləğv etmək istəyir.
A.Remzinin “Yuventus”la müqaviləsi 2023-cü ilin iyununda bitir.
www.RIA24.az