“Mançester Yunayted”in hücumçusu Kriştianu Ronaldu hazırda çıxış etdiyi klubdakı atmosferdən narazıdır.
Mənbə yazır ki, K.Ronaldu karyerasının son illərini kubok qazanmaq perspektivi olmayan komandada keçirmək istəmir.
Xüsusən Erlinq Haalandın “Mançester Siti”yə, Darvin Nunyesin “Liverpul”a keçidi portuqaliyalını qayğılandırıb.
K.Ronaldu hesab edir ki, hazırda formasını geyindiyi “Mançester Yunayted”lə yuxarıda adı qeyd olunan Premyer Liqa klubları arasında ciddi səviyyə fərqi yaranıb.
Mənbə: AS
www.RIA24.az