Türkiyənin “Fənərbağça” klubunun UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində Kiyev “Dinamo”su ilə ilk oyununun məkanı məlum olub.
“Sarı-lacivərdli” klubdan verilən açıqlamaya görə, iyulun 20-i çərşənbə günü baş tutacaq matç Polşanın Lodz şəhərindəki Miejski stadionunda oynanılacaq.
Qarşılaşma Bakı vaxtilə saat 22.00-da başlayacaq.
Sözügedən matçın cavab oyunu isə 27 iyul çərşənbə günü saat 21:00-da Ülkər stadionunda keçiriləcək.
Mənbə: “Anadolu”
www.RIA24.az