“İyulun 2-3-nə kimi Azərbaycandayam, iki həftəlik gəlmişəm. Həm dincəlmək, həm də Vətəni gəzmək üçün buradayam”.
Bunu Oxu.Az-a Fransada yaşayan azərbaycanlı boksçu Murad Əliyev deyib.
Hələ ki peşəkar boksda məğlubedilməz olan Murad istirahəti haqda danışıb:
“Bakı çox dəyişib, şəhər çox xoşuma gəldi. Bura valideynlərimlə gəlmişəm. Mən ata tərəfdən Bərdədən, ana tərəfdən Ağdamdanam. Bərdədə və Ağdamın Sarıcalı kəndində oldum. Sonuncu dəfə burada 2017-ci ildə olmuşdum”.
O, növbəti döyüşünün avqust ayında Almaniyada olacağını bildirib.
Səbuhi Musa
www.RIA24.az