“PSJ”nin hücumçusu Neymar karyerasını İngiltərə çempionatında davam etdirə bilər.
“RMC Sport”un məlumatına görə, braziliyalının transferini ödəyə biləcək komandalar arasında “Mançester Yunayted” də var.
Hücumçu ilə Kriştianu Ronaldunun komandadan ayrılacağı təqdirdə müqavilə bağlana bilər.
Neymarın “Nyukasl” və “Yuventus”a keçməsi barədə də iddialar var.
Eyni zamanda, 30 yaşlı futbolçunun 2022-ci il dünya çempionatına hazırlaşdığı üçün heç yerə getmək fikrində olmadığı vurğulanır.
Qeyd edək ki, bir müddət əvvəl PSJ rəhbərliyinin futbolçunun yeni layihədəki statusu ilə bağlı açıqlamalarının ona toxunduğu və bu səbəbdən də Neymarın klubu tərk etməyi düşündüyü barədə şayiələr yayılıb.
www.RIA24.az