“Neftçi” ABŞ millisinin üzvünü transfer edib – FOTO

İdman

“Neftçi” növbəti futbolçu transferini həyata keçirib.

Bu barədə klub məlumat yayıb.

Bildirilib ki, ABŞ vətəndaşı olan İsrail əsilli yarımmüdafiəçi Kenni Sayeflə 2 il müddətinə müqavilə imzalanıb. 28 yaşlı sol cinah oyunçusu yeni komandasının heyətində 5 nömrəli formanı geyinəcək.

Sayef İsrailin “Bney Saxnin” (2010-2011), “Hapoel Hayfa” (2011-2012), “İroni Kryat Şmona” (2012-2013), “Hapoel Ramat Ha Şaron” (2013-2014), Belçikanın “Gent” (2014-2018), “Anderlext” (2018-2022), ABŞ-ın “Sinsinnati” (2019), Polşanın “Lexiya” (2020-2021) və İsrailin “Aşdod” (2021-2022) klublarında çıxış edib.

O, 2015-ci ildə “Gent”in heyətində Belçika çempionatının və Superkubokun qalibi olub. İsrailin aşağı yaş yığma komandalarında da forma geyinmiş futbolçu bu ölkənin əsas millisində 2, ABŞ milli komandasında isə 4 oyun keçirib.

Qeyd edək ki, “Neftçi” daha əvvəl israilli yarımmüdafiəçi Ataa Caberi və qanalı hücumçu Qodsvey Donyonu heyətinə qatıb.

www.RIA24.az

Spread the love