Xavi “Barselona”nın dörd futbolçusuna yeni klub axtarmağı tövsiyə etdi

İdman

“Barselona”nın baş məşqçisi Xavi Ernandes yeni mövsümdə klubunun dörd futbolçusuna güvənə bilməyəcəyi barədə xəbərdarlıq edib.

Mənbənin məlumatına görə, söhbət mərkəz müdafiəçiləri Oskar Minges və Samuel Umtitidən, yarımmüdafiəçi Rik Puçedən və hücumçu Martin Bretueytdən gedir.

Xavi hər dörd oyunçuya yeni klub axtarmağı tövsiyə edib.

Xatırladaq ki, “Barselona” sonuncu mövsümdə İspaniya çempionatını ikinci sırada başa vurub.

Mənbə: Mirror

www.RIA24.az

Spread the love