Kianu Rivz Formula 1 haqqında sənədli serialda çəkilir

İdman

Məşhur aktyor Kianu Rivz Formula 1 haqqında sənədli serialın yaradılmasında iştirak edir.

Serial dörd seriyadan ibarət olacaq və 2023-cü ilin payızında “Disney+”-da yayımlanacaq.

Filmdə əsas diqqət “Honda”nın 2008-ci ildə F1-dən çıxması və “Braun”un 2009-cu ildə çempionluq qazanmasına yönəldiləcək.

Rivz artıq müsahibəçi qismində çəkilişlərə başlayıb. O, həmin dövrün əsas personajları ilə danışıb və ya danışmağı planlaşdırır. Filmdə azarkeşlər 2009-cu ilin çempionu Censon Batton, onun ortağı Rubens Barrikello, “Ferrari”nin keçmiş prezidenti Luka di Montezemolo, “Braun”un rəhbəri və sahibi Braun Ross və həmkarı Nik Frey, eləcə də bir çox digər pilotlar, komanda liderləri, mexaniklər və idman jurnalistlərini görə biləcəklər.

Mənbə: sports.ru

www.RIA24.az

Spread the love