Fransanın PSJ klubu argentinalı baş məşqçisi Maurisio Poçettino ilə yollarını ayırıb.
Bu barədə klubun saytı məlumat yayıb.
“Klubumuz Poçettino ilə tərəfdaşlığımızı başa vurduğumuzu təsdiqləyir. Maurisio və onun məşqçilər heyətinə PSJ-dəki fəaliyyətinə görə təşəkkür edirik”, – Fransa klubunun yaydığı məlumatda qeyd olunub.
Qeyd edək ki, argentinalı mütəxəssis 2021-ci ilin yanvarından Paris təmsilçisini çalışdırırdı.
Onun rəhbərliyi altında komanda Fransa Kubokunu və Superkubokunu qazanıb, eyni zamanda tarixində 10-cu dəfə ölkə çempionu olub.
www.RIA24.az