Zlatan İbrahimoviç bu yay təqaüdə çıxmayacaq və “Milan” ilə yeni müqavilə imzalayacaq.
Bunu “SkySport”a istinadən jurnalist Fabrisio Romano yazıb.
Oun sözlərinə görə, Zlatan 2023-cü ilin iyun ayına qədər müqavilə imzalayacaq və daha mövsüm bir İtaliya klubunda qalacaq. Futbolçunun yeni maaşı, hədəflə bağlı bonuslarla birgə illik 1/1,5 milyon avro ətrafında olacaq.
Qeyd edək ki, İbra dizindən zədə alıb. Onun sağalması 6-7 ay çəkəcək. Lakin hücumçu Milanda oynamağa davam etmək istəyir.
Oktyabrda İbrahimoviçin 41 yaşı tamam olur.
www.RIA24.az